Növbəti iki günə xoş hava proqnozu

24 Dekabr, 2018 14:41 | Sosial | Baxış sayı: 68
Bakıda qış
Bakıda qış

14 dərəcəyə qədər isti olacaq

Azərbaycanda növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, dekabr ayının 25-26-da Bakıda və Abşeron yarımadasında, eləcə də bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Onun sözlərinə görə, səhər saatlarında bəzi yerlərdə duman olacağı istisna olunmur, lakin hava şəraiti bir qədər küləkli keçəcək: “Belə ki, cənub-qərb küləyi ilə şimal-qərb küləyi tez-tez bir-birlərini əvəz edəcək və küləyin sürəti arabir güclənəcək".

G.Məmmədova deyib ki, havanın temperaturu paytaxtda 9-13, bölgələrdə 9-14, dağlıq ərazilərdə isə 4-8 dərəcə isti təşkil ədəcək.