İtkin düşən gənc Bakıda tapıldı

24 Dekabr, 2018 15:44 | Sosial | Baxış sayı: 171
Bakı avtovağzalı
Bakı avtovağzalı

Polis 19 yaşlı oğlanı taparaq ailəsinə təhvil verib

Polis Qubada itkin düşən rayon sakinini tapdı. 

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qubada itkin düşən şəxs tapılıb.

Rayonun Aşağı Atuc kənd sakini, 19 yaşlı Elmar Məmmədov dekabr ayının 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət edib. 

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs dekabrın 22-də Bakı şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.