Gürcüstan Müsəlmanları İdarəsinə sədr seçkisi keçirilib

24 Dekabr, 2018 14:26 | Sosial | Baxış sayı: 55
Tiflisdə cuma məscidi
Tiflisdə cuma məscidi

GMİ 2011-ci ildə yaradılıb

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Ali Dini Şurasının toplantısı keçirilib.

İstiPress-in məlumatına görə, toplantıda GMİ-nin hazırkı sədri Şeyx Hacı Ramin İgidov 16 səslə növbəti 5 il müddətinə qurumun sədri seçilib.

İdarənin rəhbəri vəzifəsinə R.İgidovla yanaşı, Rahid Kərimov və Namiq Hüseynov da namizəd olublar.

Səsvermədə idarənin Ali Dini Şurasının 21 üzvündən 17-si iştirak edib.

Qeyd edək ki, GMİ 2011-ci ildə yaradılıb. R.İgidov 2013-cü ildən idarənin sədri vəzifəsini yerinə yetirib.