Azərbaycanda evdə müalicə olunan koronavirus xəstələrinin sayı açıqlandı

24 Noyabr, 2020 12:29 | Sosial | Baxış sayı: 35
Koronavirisun evdə müalicəsi
Koronavirisun evdə müalicəsi

Hazırda Azərbaycanda evdə müalicə olunan 30 min 787 koronavirus xəstəsi var. 

İstiPress-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunan virtual mətbuat konfransında bildirib.

O qeyd edib ki, onlardan 2 min 691 nəfər xəstəliyi yeni aşkarlanan şəxslərdir.

“Bakı şəhərində 87 ambulator məntəqədən ibarət 41 “COVID-19” məntəqəsi var. Həmçinin 814 çağrı mərkəzimiz fəaliyyət göstərir”, - deyə N. Mürsəlova qeyd edib.