BDU-nun sabiq rektoru vəfat edib

24 Oktyabr, 2019 18:50 | Sosial | Baxış sayı: 445
Firudin Səməndərov
Firudin Səməndərov

Tanınmış alim 80 yaşında dünyasını dəyişib

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, hüquq elmləri doktoru, professor Firudin Səməndərov vəfat edib.

İstiPress-in məlumatına görə, tanınmış alim 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, F.Səməndərov 1939-cu il aprelin 12-də Saatlı rayonunun Molday kəndində anadan olub. O, 1985-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, 1992-93-cü illərdə BDU-nun rektoru olub.