Maşını olanlar "Sovetski"yə üz tutacaq

24 Oktyabr, 2017 10:17 | Sosial | Baxış sayı: 233
"Sovetski"də salınan yol
"Sovetski"də salınan yol

"Təzəpir"in qabağında yeni dayanacaq salınır

"Sovet ski" kimi tanınan ərazidə yüzlərlə maşın üçün dayanacaq salınacaq. "İstiPress-in məlumatına görə, bu barədə məlumat "Azəravtoyol"un hesabatında yer alıb. 

Hesabatda qeyd edilib ki, "Təzəpir" məscidinin qarşısındakı sahədə yeni piyada keçidinin, həmçinin məscidin qarşısındakı 12,6 min kvadratmetr sahədə 360 yerlik avtomobil dayanacağı, müxtəlif iaşə obyektlərinin tikintisi nəzərdə tutulur.

Bundan başqa yeni yaradılmış Mərkəzi Parkın davamı olaraq Akademik Milli Dram Teatrının arxasında yaradılacaq parkın əlaqələndirilməsi, Füzuli Meydanı ərazisində hərəkətin təşkili məqsədilə Füzuli meydanındakı dairədə nəqliyatın hərəkəti bağlanmış,  Mirzəağa Əliyev və Füzuli küçələrindən istifadə etməklə Səməd Vurğun və Nəriman Nərimanov küçələri arasında nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.

Nəriman Nərimanovun heykəlinin ətrafındakı olduqca sərt sola dönmədə ləğv edilib və bir az qabaqda - Nəriman Nərimanov küçəsində yeni dairə tipli yol qovşağı tikilib.