Bu yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

24 Oktyabr, 2017 18:04 | Sosial | Baxış sayı: 123

Məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-8-ci km-lik hissəsində (Bakı Su İdman Sarayından Bibiheybət məscidinə qədər olan hissəsi - hər iki istiqamət) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən İstiPress-ə verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq.

Sürücülərdə alternativ olaraq sözügedən yolun "20-ci sahə" ərazisindən keçən hissəsindən istifadə etmələri tövsiyə olunur.