Qubada daha bir yanğın

24 Sentyabr, 2020 10:45 | Sosial | Baxış sayı: 111
Yanğın
Yanğın

Qubanın Dəlləkli kəndində daha bir yanğın hadisəsi qeydə alınıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, sentyabrın 23-də kənd sakini Dəmirxan Xaludovun tövləsindəki quru ot bağlamalarının yanması kəndi yenidən ayağa qaldırıb. Sakinlərin və hadisə yerinə çağrılan FHN-nin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobilinin və canlı qüvvəsinin köməyilə alovun yayılmasının qarşısı alınıb.

Qeyd edək ki, sentyabrın 19 və 20-də Dəlləkli kəndində 4 sakinin - Xalus Sakalov, Bahadur Qədirov, İslam Vəzirov və Nazim Rzayevin ot tayalarında yanğın baş verib. Hadisə yerində işləyən polis əməkdaşları yanğını törədən 3 azyaşlını müəyyən edib və onlar etdikləri əməli etiraf ediblər. Sonuncu yanğın hadisəsinin də qəsdən törədildiyi bildirilir. Maraqlıdır, Dəlləkli kəndində ot tayaları nə üçün yandırılır? Polis araşdırmaları davam etdirir.

Qeyd edək ki, Quba İH başçısı Ziyəddin Əliyev yanğın qeydə alınan kənddə olub, zərərçəkənlərə kömək ediləcəyini bildirib.