Gənc oğlanı elektrik cərəyanı öldürdü

24 Sentyabr, 2020 15:37 | Sosial | Baxış sayı: 47
Elektrik cərəyanı
Elektrik cərəyanı

Xaçmazda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. 

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə rayonun Nərəcan kəndində qeydə alınıb.  Kənd sakini, 1995-ci il təvəllüdlü Vəliməmmədov Kənan Elmar oğlunu elektrik cərəyanı vuraraq öldürüb.  

Faktla bağlı araşdırmalar davam etdirilir.