Bu gün 19 şagirddə virus aşkarlanıb

24 Sentyabr, 2020 16:23 | Sosial | Baxış sayı: 53
Məktəb koronavirus vaxtı
Məktəb koronavirus vaxtı

Təhsil Nazirliyi təhsil müəssisələrində COVID-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.

İstiPress-in məlumatına görə, bu gün 19 şagird koronavirusa yoluxub.

Hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 94, işçi heyətinin sayı isə 2 nəfərdir. Həmçinin virusa 3 işçi yoluxub. Təhsil Nazirliyinin açıqlamasına görə, virusa yoluxma səbəbindən 3 sinif distant təhsilə keçirilib.