ABŞ-ın koronavirus vaksini iki sınaqdan uğurla çıxdı

24 Sentyabr, 2020 11:58 | Sosial | Baxış sayı: 28

ABŞ-ın “Johnson & Johnson” şirkəti koronavirus vaksininin kliniki sınaqlarının üçüncü mərhələsinə başlayıb.

İstiPress-in məlumatına görə, üçüncü mərhələdə 3 ölkədə 60 minə yaxın könüllü iştirak edəcək.

Qeyd olunur ki, vaksin sınaqlarının ilk iki mərhələsi uğurla başa çatıb.

Şirkətdən bildiriblər ki, vaksin üçüncü mərhələdən sona effektivliyini və təhlükəsizliyini təsdiq etsə, ilk vaksin partiyasının satışları 2021-ci ilin əvvəlində başlaya bilər.