Bakının ən işlək yolları bağlanır

24 Sentyabr, 2019 14:09 | Sosial | Baxış sayı: 63
Yolda rəngləmə işləri
Yolda rəngləmə işləri

Nişanlanma xətləri yenidən rənglənəcək

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, həmçinin Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Vaz dairəsinə kimi, həmçinin gecə saatlarından səhərə qədər Nərimanov rayonu, Atatürk prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, həmin yollarda hərəkət məhdudlaşdırılacaq. 

Məlumata görə, bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.