Azərbaycan qlobal iqlim dəyişikliyi təsirinə məruz qalan ölkələrdəndir

24 Sentyabr, 2019 12:25 | Sosial | Baxış sayı: 38
Yay havası
Yay havası

Bu təsirlər əsasən özünü quraqlıqlar, daşqınlar şəklində göstərir

Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ölkələr sırasında yer alır. Bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev "Kənd təsərrüfatı və torpaqlardan istifadə sektorunda istilik effekti yaradan qazların azaldılması üzrə ölkə potensialının gücləndirilməsinə dair" seminarda deyib.

Nazir müavininin sözlərinə görə, bu təsirlər əsasən özünü quraqlıqlar, daşqınlar və temperatur artımı şəklində göstərir. Bu baxımdan, ölkəmiz iqlim dəyişikliyi üzrə qlobal danışıqlar və təşəbbüslərdə fəal şəkildə iştirak edir.

Hazırda prioritet olaraq müəyyən edilmiş energetika, sənaye, kənd təsərrüfatı, torpaqlardan istifadə, meşəçilik və tullantıların idarə olunması sektorları üzrə bəzi öhdəliklərin yerinə yetirilməsinə başlanılıb.