Bakı - Quba yolunda çox böyük tıxac problemi

24 Avqust, 2020 16:27 | Sosial | Baxış sayı: 212

Pandemiya dövründə respublika ərazisində həm bölgələr, həm də paytaxt istiqamətində fəaliyyət göstərən polis postlarından bir neçə dəfə keçməli olmuşam. Həmişə də ictimai asayişi qoruyan polislərimizin sürücülərlə normal münasibətlərinin şahidi olmuşam və ötüb keçmişəm.

Amma bu dəfə ötüb keçə bilmədim. Avqustun 22-də saat 13 radələrində Bakıdan üzü şimala qayıdanda Xızı ərazisindəki Yaşma postunda bir xeyli gözləməli olduq. Postda yüngül minik avtomobillərinin böyük bir növbəsi yaranmışdı. Sürücü və sərnişinlərin bu postda çox böyük əziyyət çəkdikləriin şahidi oldum. Özüm qarışıq.

Tıxaca əsas səbəb kimi bəzi sürücülərin yük avtomaşınlarının yolu ilə növbədənkənar növbəyə daxil olmasını gördüm. Nəhayət, 1 saat 25 dəqiqə tıxacda ləngidikdən sonra postu keçməyə müvəffəq olduq. Dövlət Yol Polisi İdarəsinin adını söyləmək istəməyən əməkdaşının növbəyə kənardan daxil olmaq istəyən sürücüləri təkrar Bakı istiqamətinə qaytardığının da şahidi oldum. Polis əməkdaşı vəzifəsini burada bacardıığı kimi yerinə yetirirdi.

Bakıya pandemiya dövründə müntəzəm gedib gələn sürücülərdən öyrəndim ki, şənbə və bazar günləri bu postda da növbələr çox olur. Belə deyildi ki, tıxac olanda polis əməkdaşı tək olduğundan maşınları yoxlayıb tez yola sala bilmir. Bu məqamda təklifim var. Dövlət Yol Polisi rəsmiləri yaxşı olar ki, pandemiya tələblərindən irəli gələrək qurulmuş postlarda polis naryadını gücləndirsin ki, insanlar burada əziyyət çəkməsin. Mən gördüyümü yazdım...

Aytəkin Alxaslı