Qusarda 240 nəfər tələbə adı qazandı

24 Avqust, 2019 14:30 | Sosial | Baxış sayı: 158
Məzunlar
Məzunlar

İcra başçısı tələbələrlə görüşüb

Bu ilki ali məktəblərə keçirilən qəbul imtahanlarında Qusardan olan 240 abituriyent tələbə adını qazanıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, onlardan 7-si imtahanlarda 600-dən yuxarı bal toplayıb.

Rayonda bu il 2 nəfər məzun orta məktəbi qızıl və gümüş medallarla bitirib. Qızıl medallı Maişat Vəlimətova şəhid Bəhruz Ağaverdiyev adına 1 saylı məktəbin məzunudur. 638 bal toplayan Maişat Vəlimətova Azərbaycan Prezidenti yanında İdarəetmə Akademiyasına qəbul olub.

Qusar şəhərindəki 1 saylı məktəbin direktoru Arif Xəlilovun sözlərinə görə, bu ilki məzunlardan 41 nəfər Azərbaycan, 6 nəfər isə Rusiya və Türkiyənin mötəbər ali məktəblərinə qəbul olunub.

Qusarın məzunları  yüksək nəticə göstərən orta məktəblərindən biri də Yuxarı Zeyxur kəndindəki məktəbdir. Aldığımız məlumata görə,bu il məktəbin 28 nəfər məzunu tələbə adını qazanıb.

Qeyd edək ki, bu gün tələbə adını qazanan gənclərlə görüş keçirilib. İcra Hakimiyyətinin başçısı Şair Alxasov tələbə adını qazanmış gəncləri təbrik edib, onlara qiymətli hədiyyələr təqdim edib.