Qaz xətti zədələndi - 15 məntəqə qazsız qaldı

24 Avqust, 2019 13:54 | Sosial | Baxış sayı: 49
Qaz plitəsi
Qaz plitəsi

Zədələnmə Xaçmazda baş verib

Bu gün səhər saatlarında Xaçmaz rayonunda Qusarçay istiqamətində qaz xəttini texnika ilə zədələyiblər.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, nəticədə 15 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

Hadisənin səbəbləri araşdırılır və əhalinin qazla təminatı üçün təxirəsalınmaz tədbirlər görülür.