Nazirlikdən Bakıdakı toz dumanı ilə bağlı AÇIQLAMA

24 Avqust, 2017 09:36 | Sosial | Baxış sayı: 143
Bakıda toz dumanı
Bakıda toz dumanı

Bakıda müşahidə olunan tozun miqdarı gün ərzində norma həddinə enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirliyin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata əsasən avqustun 23-ü gün ərzində və avqustun 24-ü gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan yuxarı qeydə alınıb.

ETSN-dən bildirilib ki, ölkə ərazisinə daxil olan şimal-qərb küləyi ilə əlaqədar atmosfer havasında tozun miqdarının sutka ərzində norma həddinə qədər enəcəyi proqnozlaşdırılır.