Rusiyada beynəlxalq uçuşlar bu tarixdən bərpa olunur

24 İyul, 2020 15:29 | Sosial | Baxış sayı: 149
Aeroflot
Aeroflot

Avqustun 1-dən etibarən Rusiyanın Moskva regionu, Sankt-Peterburq və Rostov-na-Donu şəhərlərindən beynəlxalq aviareyslər bərpa olunacaq.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin açıqlama verib.

Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova isə bildirib ki, avqustun əvvəlindən etibarən London, İstanbul və Ankaraya, 10 avqustdan etibarən isə - Bodrum, Dalaman, Antaliyaya uçuşlar bərpa ediləcək.