Yollar bağlandı, avtobusların yolu dəyişdi

24 İyul, 2019 10:15 | Sosial | Baxış sayı: 41
"BakuBus"
"BakuBus"

Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvəddə qalacaq

Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurbanov küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən bəzi avtobusların yolu da dəyişdirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. 

Avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər. Dəyişiklik yolda məhdudiyyət tam aradan qalxanadək qüvəddədir.

Xatırladaq ki, bu gün və sabah Bakıda keçirilən Avropa Gənclərin Yay Olimpiya Festivalının əsas velosiped yarışlarının keçirilməsi ilə əlaqədər Bakıda bəzi yollar bağlanacaq.