Asfalt yolun ortasında iki elektrik dirəyi qalıb
Braziliyada çəkilmiş fotonu Şəkinin Üzümçülük kəndində çəkilən foto kimi təqdim edib yayıblar.
İstiPress-in məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bəzi mətbuat orqanları tərəfindən yayılmış xəbərə reaksiyanı belə verib.
Bəzi xəbər saytlarının yaydığı məlumatda qeyd olunurdu ki, guya Şəki rayonunun Üzümçülük kəndində asfalt yolu iki elektrik dirəyinin arasından çəkilib və bununla bağlı başqa ölkədə çəkilən bir foto paylaşılıb.
Halbuki, həmin fotonu 15 iyul 2019-cu il tarixində braziliyalı "Twitter" istifadəçisi Andrea adlı xanım öz səhifəsində paylaşıb. Andrea paylaşımında fotonu özünün çəkdiyini qeyd edib. Gənc xanımın səhifəsindəki şərhlərə nəzər saldıqda şəklin Şəkinin Üzümlük kəndində yox, Braziliyada çəkildiyi məlum olur.
Tirei essa foto pq juro que não bebi!
— Andrea ᶜʳᶠ👉🏻🇧🇷❤🖤 (@dhearantes) 16 июля 2019 г.
Alguém tá vendo algo errado ai tbm???? pic.twitter.com/omDIwwogby