Bu gün bu yollar bağlanacaq SİYAHI

24 İyul, 2019 09:26 | Sosial | Baxış sayı: 274
Yol polisi
Yol polisi

Məhdudiyyət saat 20:00-a qədər davam edəcək

Bu gün və sabah Bakıda keçirilən Avropa Gənclərin Yay Olimpiya Festivalı ilə əlaqədər Bakıda bəzi yollar bağlanacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, velosiped üzrə əsas yarışlarının keçirilməsi ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti günün müəyyən saatlarında dəyişdiriləcək.

Azneft dairəsindən başlayaraq Salyan şosesinin 14-cü km-ə qədər, həmçinin Bayıl qəsəbəsi istiqamətində olan küçə və prospektlərdə səhər saat 09:00-dan 13:00-a və 16:00-dan 20:00-a qədər nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.