Avtobuslarda gediş haqqı qaldırıldı - FOTO

24 İyul, 2017 17:22 | Sosial | Baxış sayı: 1857
Avtobus (arxiv)
Avtobus (arxiv)

30 qəpik

Naxçıvanda şəhərdaxili marşrutlarda gediş haqqı artırılıb.

İstiPress qaynarinfo-ya istinadən xəbər verir ki, artıq şəhərdə marşrut avtobuslarından istifadə edən sərnişinlər 30 qəpik ödəyir. Qərar iyulun 18-dən qüvvəyə minib.

Bununla bağlı sərnişinlərə edilən xəbərdarlıqda "Naxçıvan şəhərdaxili marşrutlarında 18 iyul 2017-ci il tarixdən hər bir sərnişin üçün gediş haqqı 30 qəpik müəyyən olunmuşdur. Sərnişinlərdən xahiş olunur həmin tarixdən gediş haqqını yeni tariflə ödəsinlər" deyilir.