Simptomsuz xəstələr evdə müalicə olunacaqlar

24 İyun, 2020 16:12 | Sosial | Baxış sayı: 52
Koronavirisun evdə müalicəsi
Koronavirisun evdə müalicəsi

Artıq COVİD-19-a yoluxan simptomsuz xəstələrin ev şəraitində müalicəsinə başlanılıb.

İstiPress-in məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, həmin xəstələr ərazi poliklinikalarının nəzarəti altındadırlar: "Simptomsuz olan xəstələr evdə müalicələrini davam etdirirlər. Onlara ərazi poliklinikaları tərəfindən nəzarət edilir və 12 saatdan bir telefonla xəstələrə sorğular göndərilir".

Xatırladaq ki, bundan əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı simptomları zəif olan xəstələrin müalicəsi ilə poliklinika həkimlərinin məşğul olacağını söyləmişdi.

O qeyd etmişdi ki, bunun üçün beynəlxalq təcrübə əsasında hazırlanan “E-təbib” adlı mobil tətbiq əlavəsindən istifadə olunacaq və evdə müalicə alan xəstələr onun vasitəsilə müşahidə altında saxlanılacaqlar.