Polis özünü körpüdən Kürə atan qadını xilas etdi - FOTO

24 İyun, 2019 11:26 | Sosial | Baxış sayı: 123
Azərbaycan polisi
Azərbaycan polisi

24 yaşlı serjant vaxt itirmədən çaya tullanaraq qadını xilas edib

Bu gün səhər saat 08:30 radələrində Salyanda 39 yaşlı qadın intihara cəhd edib.

İstiPress-in "Virtualaz.org"un Şirvan bürosuna istinadən məlumatına görə, dörd uşaq anası olan Yenikənd kənd sakini Fəridə Cəfər qızı Tağıyeva özünü Ələt-Astara avtomobil yolunun 55-ci km-də yerləşən Kür çayının üzərindəki körpüdən suya ataraq intihara cəhd edib.

100 metr hündürlükdən çaya düşən qadını görən, yaxınlıqda xidmət aparan Salyan Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşı, polis serjantı, 24 yaşlı Rafael Rafiq oğlu Quliyev vaxt itirmədən çaya tullanaraq qadını xilas edib.

kur3
kur3