Bakıda qadının azyaşlı ilə intihara cəhdinin qarşısı alındı

24 İyun, 2019 17:56 | Sosial | Baxış sayı: 132
İntihar etmək istəyən qız
İntihar etmək istəyən qız

Xilasedicilər vətəndaşları aidiyyəti üzrə təhvil veriblər

Paytaxtda intihara cəhd olub.

İstiPress Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakının Nizami rayonunda 2 nəfər (biri azyaşlı olmaqla) körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Hadisə yerinə cəld edilən Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri intihar cəhdinin qarşısını alaraq intihar etmək istəyən vətəndaşları körpünün təhlükəsiz hissəsinə keçiriblər. Xilasedicilər vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.