Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı vəfat etdi

24 İyun, 2019 10:09 | Sosial | Baxış sayı: 308
Zəminə Aslanova - Sosialist Əməyi Qəhrəmanı
Zəminə Aslanova - Sosialist Əməyi Qəhrəmanı

Doğulduğu rayonda vəfat edib

Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Zəminə Sərdar qızı Aslanova 79 yaşında vəfat edib.

Z.Aslanova 1940-cı ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. O, Azərbaycanın pambıq ustası, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı və Prezident təqaüdçüsü olub.