Bakıda Ramazan bayramı münasibətilə pulsuz tibbi müayinə

24 İyun, 2017 21:50 | Sosial | Baxış sayı: 112
Mərkəzi Neftçilər Xəstəxanası
Mərkəzi Neftçilər Xəstəxanası

Mərkəzi Neftçilər Xəstəxanasında Ramazan bayramı münasibətilə təmənnasız müayinələr aparılıb

Mərkəzi Neftçilər Xəstəxanasında Ramazan bayramı münasibətilə Xətai rayon yataqxanasında məskunlaşan köçkün ailələrinə təmənnasız tibbi xidmət göstərilib.

Səhiyyə Nazirliyin mətbuat xidmətindən İstiPress-ə bildiriblər ki, müayinələr zamanı 22 nəfər exokardioqram, 18 nəfər endikrinoloji müayinə olunub. Xəstəxananın təşkil etdiyi müayinə və müalicə aksiya zamanı 136 nəfər müayinə edilib. Onlardan 36-sı terapevtik, 14-ü ginekoloji, 24 isə nevropatoloji, qalanları isə digər müayinələrdən keçib, 22 nəfər müxtəlif müayinə və müalicəyə cəlb edilib.