Leyla Əliyeva xəstəxanada uşaqlara baş çəkdi

24 May, 2019 16:55 | Sosial | Baxış sayı: 45

Müalicə alan uşaqlarla görüşüb, onlarla söhbət edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub.

İstiPress-in məlumatına görə, Leyla Əliyeva burada müalicə alan uşaqlarla görüşüb, onlarla söhbət edib.

Tibbi heyətlə görüşən Leyla Əliyeva uşaqların müalicəsinin gedişi və müəssisədə yaradılmış şəraitlə tanış olub.