Aprelin 27-dən repetitorlar işə başlaya bilər

24 Aprel, 2020 17:17 | Sosial | Baxış sayı: 157
Repetitor
Repetitor

Hələlik dərslər fərdi şəkildə keçirilməlidir

Azərbaycanda fərdi tədris və repetitor xidmətlərinin (qrup halında məşğələlər istisna olmaqla) fəaliyyəti bərpa olunur. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, aprelin 27-si saat 00:00-dan etibarən ölkədə fərdi tədris və repetitor xidmətlərinin (qrup halında məşğələlər istisna olmaqla) fəaliyyəti bərpa olunacaq.

Xatırladaq ki, Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi mayın 4-dək uzadılıb. Bu gün isə bəzi sahələrdə məhdudiyyətlərin yumşaldılması barədə qərar verilib.