Məktəblərə təlimat verildi

24 Aprel, 2019 13:55 | Sosial | Baxış sayı: 340
Təhsil Nazirliyi
Təhsil Nazirliyi

Nazirlıiyin verdiyi təlimat "Formula 1" ilə bağlıdır

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə aprelin 26-28-də Bakı şəhərində keçiriləcək "Formula 1" SOCAR Azərbaycan Qran-prisi ilə bağlı təlimat məktubu göndərilib.

Nazirlikdən verilən məlumata görə, məktubda sözügedən yarışla əlaqədar şəhərin bəzi küçə və prospektlərinin bağlı olduğu nəzərə alınaraq, şagirdlərin dərslərdə iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, həmçinin alternativ yolların müəyyən edilərək valideynlərə məlumat verilməsi qeyd olunur. 

Qeyd edək ki, “Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar keçirilən yarışların hərəkət sxeminə aid küçədə üç təhsil müəssisəsi yerləşir. Həmin məktəblər T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbdir.