Çölə heyvan aparırdı, qədim pullar tapdı

24 Aprel, 2018 18:56 | Sosial | Baxış sayı: 316
Qədim pullar - ARXİV
Qədim pullar - ARXİV

Bu gün Qubanın ucqar yaşayış məntəqələrindən olan Çarxaçu kəndində yerli sakin 2 xırda dəmir pul tapıb.

IstiPress-in şimal bürosuna Quba icra başçısının Xaltan İƏD üzrə nümayəndəsi Akif Sultanov məlumat verib ki, Rüstəm Sayılov adlı sakin heyvanları səhər örüşə apararkən qədim yaşayış yerindən 2 qədim pul tapıb.

Pulların üzərində ərəb və fars dilində yazılar olduğundan onların çox qədim dövrə aid olmasını sübut edir, amma heç kim yazıları oxuya bilməyib. Akif Sultanova görə, bu ərazidə tez -tez belə tarixi əşya və silahlar tapılır, qədim təpələrdə çox sirli tarix yatır. Bu ərazilər arxeoloq və tarixçilər tərəfindən tədqiq olunmalıdır ki, tapıntıların hansı dövrə aid olması dəqiq bilinsin.