Şöbə müdiri: Son illər yoluxanlar azalır

24 Mart, 2020 15:17 | Sosial | Baxış sayı: 219

Dünyada Vərəmlə Mübarizə günü qeyd edilir

Bu gün dünyada Ümumdünya Vərəmlə Mübarizə günü qeyd edilir. Sosial xəstəliklə mübarizədə Qusarda hansı işlər görülür?

İstiPress-in şimal bürosuna Qusar rayon mərkəzi xəstəxanasının vərəm əleyhinə mübarizə şöbəsinin müdiri Saruxan Badamov deyir ki, son illər rayonda xəstəliyə yoluxanların sayında azalma müşahidə olunur.

Onun sözlərinə görə, bu, aparılan düzgün və intensiv müalicə nəticəsində mümkün olub: "Quba rayon mərkəzi xəstəxanasında regional referens laboratoriyası var. Əvvəllər  xəstəliyi təyin etmək üçün Bakıya getməli olurdular. Bu laboratoriya fəaliyyətə başlayandan vərəmə yoluxmuş xəstələrin Qubadakı laboratoriyada lazımi analizlərdən sonra tam müayinə edilir və müalicələri də şöbəmizdə intensiv şəkildə aparılır".

Saruxan Badamov məlumat verdi ki, 2019-cu ildə Qusarda ilkin vərəmə yoluxan 51, təkrar yoluxan isə  27 xəstə aşkarlanıb. Onun sözlərinə görə, 2014-cü ilfə vərəmə yoluxan 83 vərəm xəstəsi olub. Bu statistika rayonda vərəmə yoluxanların sajının ilbəil azaldığını göstərir.

Qusar rayon mərkəzi xəstəxanasının vərəm şöbəsinin müdiri Saruxan Badamov insanları vərəm xəstəliyinə qarşı daha ciddi mübarizə aparmaq üçün vaxtında müalicə olunmalarını tövsiyyə edir.