Sabahın havası açıqlandı

24 Mart, 2020 12:32 | Sosial | Baxış sayı: 65
Bahar havası
Bahar havası

Bəzi yerlərdə duman gözlənilir

Sabah ölkə ərazisində əsl yaz havası müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, martın 25 də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 5-9° isti, gündüz  13-18° isti, Bakıda  gecə 7-9° isti, gündüz 16-18° isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. 
Gecə və səhər ayrı-ayrı  yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 5-9° isti, gündüz  15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz  7-12° isti olacaq.