Hava normadan artıq isindi

24 Mart, 2020 12:08 | Sosial | Baxış sayı: 53
Yaz havası
Yaz havası

Ötən gün ən isti hava Aranda qeydə alınıb

Ötən gün hava iqlim normasından da isti olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 24-ü gündüzdək ölkə ərazisində hava şəraiti sabit və  əsasən yağmursuz keçib.

Sumqayıt, Naftalan, Gəncə, Şəmkir, Qrız, Tərtər, Zərdab, Göyçay, Biləsuvar, Lerik, Sarıbaşda (Qax) duman müşahidə olunub.

Havanın temperaturu martın 23-də  iqlim normasından 4.5° yuxarı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14°-dək isti, Aran rayonlarında 17-19° isti, dağlıq rayonlarda 11°-dək isti, Naxçıvan MR-da 18°-dək yüksəlib.