Rus qızları ilə öpüşəndə ehtiyatlı olun

24 Mart, 2018 13:39 | Sosial | Baxış sayı: 939
Öpüşmək
Öpüşmək

Artıq 6 aydır ki, Qubada regional Refens laboratoriyası fəaliyyət göstərir.

İstiPress-in məlumatına görə, bu laboratoriyada vərəmli xəstələrin dərman həssaslığı, hansı dərmana qarşı həssas olub-olmaması araşdırılır.

Burada xəstənin bəlğəmi əkilir və iki aydan sonra verilən cavab əsasında xəstənin müalicəsi dəqiq və vaxtında, düzgün aparılır. Bu da vərəmə yoluxmuş insanların vaxtında sağalmasına xidmət edir. Məlumatı İstiPress-in şimal bürosuna Xaçmaz rayon mərkəzi xəstəxanasının ağ ciyər xəstəlikləri dispanserinin baş həkimi Kamal Ağayev verib.

Onun sözlərinə görə, bölgələrdə regional referens laboratoriyalar prezident İlham Əliyevin tapşırığına əsasən yaradılıb və səmərəsi özünü göstərməkdədir. Ölkədə vərəmlə mübarizə məqsədilə xüsusi dövlət prorqamı həyata keçirildiyini deyən Kamal Ağayev bu sosial xəstəlik daşıyıcılarının müalicəsinin və dərmanlarının pulsuz olduğunu bildirdi.

Dispanserdə xaricdən gətirilmiş yeni rəqəmsal rentgen aparatı vasitəsilə müraciət edən insanların yoxlaması aparılır və xəstədə vərəmin ilkin əlamət müəyyən edilən kimi müalicəsinə başlanılır. Xaçmaz ağ ciyər xəstəlikləri dispanserinin baş həkimi bu xəstəliyin yaranmasına əsasən düzgün qidalanmamanın, yoxsulluğun, aktiv xəstələrlə sıx təmasda olmalarının səbəb olduğunu deyib.

Onun sözlərinə görə, Xaçmaz sakinlərinin qonşu Dağıstana tez-tez gedib gəlməsi, orada aktiv vərəm xəstələrinin mənzillərində kirayədə qalması nəticəsində bu xəstəlik ölkəmizə istər -istəməz ayaq açır. Kamal Ağayev bildirib ki, qonşu Rusiyada vərəm dövlət səviyyəsində epidemiya elan olunub, ona görə bu ölkəyə miqrasiya edən soydaşlarımız. orada ehtiyatlı, vərəmli xəstələrdən uzaq olmalıdırlar!

Kamal Ağayev, bununla belə, aparılan səmərəli müalicələr nəticəsində Xaçmazda vərəmli xəstələrin sayında azalma qeydə alındığını deyib. Onun məlumatına görə, 2013-cü ildə rayonda 172 nəfər aktiv vərəm xəstəsi vardısa, 2017-ci ildə bu rəqəm 93-ə enib. 24 mart - Ümumdünya vərəmlə mübarizə günündə Xaçmazın baş fiziatrı insanları bu xəstəlikdən qorxmamağa, vaxtında müalicəyə cəlb olunmağa çağırdı. Söylədi ki, indi vərəmin müalucəsi asan olsa da bu sosial xəstəliyə yoluxmamaq üçün insanlar düzgün qidalanmaya və digər qaydalara əməl edilməlidir. Vərəmin insana tüpürcək yolu ilə də keçdiyini söyləyən Ağayev adamların bir birilə öpüşərkən də ehtiyatlı olmağa çağırdı.  

Qeyd edək ki, Xaçmazdakı vərəm dispanserində Xaçmazla yanaşı, qonşu Şabran və Siyəzən rayonlarından da xəstələr müalicə olunur və hazırda burada 30 xəstə var.