Azərbaycanda koronavirus var? - "WhatsApp"da yeni səs yazısı

24 Fevral, 2020 08:45 | Sosial | Baxış sayı: 390
Koronavirus
Koronavirus

Səhiyyə Nazirliyi yayılan yazı ilə bağlı açıqlama verdi

Səhiyyə Nazirliyi Azərbaycanda koronavirusla bağlı yayılan şayiələrə aydınlıq gətirib. Nazirlik və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri sosial şəbəkələrdə yayaılan səs yazısı ilə bağlı birgə məlumat yayıblar.

Məlumatda bildirilib ki, sosial şəbəkələrdə koronavirsa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.

"Ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur".

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırıblar.