Qusarda doğulmuş üçəmlərin adları bəlli oldu - FOTO

24 Fevral, 2019 17:21 | Sosial | Baxış sayı: 598

Bakıdakı uşaq yeməyi şirkətlərindən biri ailəni bir il müddətinə uşaq qidası ilə təmin edəcək

Qusar doğum şöbəsində 3 gün əvvəl doğulmuş üçəmlər artıq adlandırılıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, üçəmlərin anası İlahə Mirzəyevanın sözlərinə görə, ailə oğlanlarına Uğur, Ömər və Amin adlarını verib.

İlahə Mirzəyeva həyat yoldaşının müəllim işlədiyini, müəllim maaşı ilə 3 uşağın xərclərini ödəməyin onlara çətin olacağını deyib.

Qusar rayon mərkəzi xəstəxanadının doğum şöbəsində artıq bu barədə fikirləşiblər. Ananın müalicə həkimi Yelena Tağıyeva doğum şöbəsinin artıq Bakıdakı uşaq yeməyi şirkətlərindən birinə müraciət etdiyini, şirkətin bir il müddətinə ailəni uşaq qidası ilə təmin edəcəyini bildirib. Qarşıdakı gündə doğum şöbəsi uşaq bezləri (pampers) şirkətlərindən birinə də müraciət edəcək. 

Ücəmlərin və ananın vəziyyəti normaldır.

Həkim Yelena Tağıyeva üçəmlərlə birgə
Həkim Yelena Tağıyeva üçəmlərlə birgə