Prezidentdən işğaldan azad olunmuş torpaqların bərpası ilə bağlı sərəncam

24 Yanvar, 2017 18:24 | Sosial | Baxış sayı: 149
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti

Maliyyə nazirliyinə tapşırıq verildi

Azərbaycan prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.