Putinin Paşinyan qarşısında qoyduğu Qarabağ şərti

23 Dekabr, 2018 16:08 | Sosial | Baxış sayı: 1218
Vladimir Putin Ermənistanın 5 rayonu qaytarmasını tələb edir
Vladimir Putin Ermənistanın 5 rayonu qaytarmasını tələb edir

Hər şey Ermənistanın yaxın perspektivdə atacağı addımlardan asılı olacaq.

Bir sıra rus ekspertlər bu fikirdədir ki, Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin qarşısında  “daha açıq və daha səmimi olmasa” Ermənistan Qarabağda ciddi təhlükələrlə üzləşəcək.

İstiPress-in məlumatına görə, belə düşünənlərdən biri, ermənipərəstliklə ad çıxarmış şərhçi Stanislav Tarasov “Regnum”da yazdığı məqaləsində Ermənistanı Qarabağ məsələsində “həddindən ölçü-biçili və ehtiyatlı” davranmağa çağırır.

“Ermənistan sərmayələr üçün heç də ən cəlbedici ölkə deyil. Hər şeydən öncə bu, mürəkkəb geosiyasi vəziyyətlə bağlıdır: Türkiyə ilə münasibətləri yoxdur, Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanla faktiki müharibə şəratindədir”,- deyə Tarasov vurğulayır.

Əslində, Tarasov Vladimir Putinin hər il keçirdiyi ənənəvi mətbuat konfransında erməni curnalistin “Rusiya Ermənistanla münasibəti düzəltmək üçün nə edəcək?” sualına cavabını şərh edib. Putin Rusiyanın Ermənistana baxışının dəyişmədiyini deyib, yəni Ermənistan Rusiya üçün Cənubi Qafqazda ən yaxın strateji tərəfdaşdır və s.

Tarasov bu rakursdan çıxış edərək Paşiyanı başa salmağa çalışır ki, bəs, Ermənistan üçün həlledici olan Qarabağ məsələsində Moskvanın tövsiyyələrini dinləsin, əks halda ölkəsi çox çətin vəziyyətə düşəcək: “Moskvdan uzaqlaşmaq İrəvanın regional məsələlərdə çəkisini aşağı salır, yaxınlaşma isə seçim durumu yaradır. Özü də çox şey Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır ki, Azərbaycan və Türkiyə bunda birmənalı mövqe tuturlar”, - deyə rus ekspert vurğulayır.

Moskvanın münaqişənin həlli istiqamətində təklifini isə Belarus prezidenti Lukaşenko bu günlərdə açıqladı: Putin İrəvana təklif edib ki, Dağlıq Qarabağ ətrafındakı 5 rayonu Azərbaycana qaytarsın, əvəzində isə Türkiyə və Azərbaycan Ermənistanı blokadadan çıxarmalıdır. Azərbaycandan həm də bunun qarşılığında Moskvanın patronajı altında qurulmuş Avrasiya İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaq tələb edilib.

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Bu variantın Azərbaycan üçün məqbul tərəfi, təbii ki, Dağlıq Qarabağ üçün aralıq statusu verilməsi məsələsinin gündəmə gəlməməsidir. Yəni Azərbaycan seperatçılar qarşısında heç bir güzəştə getmədən, müharibə etmədən 5 rayonu geri almış olacaq, amma bunun əvəzində hərb, diplomatiya və ola bilər ki, gələcəkdə maliyyə sahəsində Moskva ilə eyni meydanda oynamağa məcbur ediləcək. Yəni bütün bu məsələlər – Azərbaycanın bu həll variantında gəlir-çıxarı müzakirə edilməlidir. 

Lakin Tarasovun da dediyi kimi, hələlik top Paşinyandadır və hər şey onun atacağı addımladan asılıdır.  Əgər o, 5 rayonu qaytarmaq istəməzsmə, onda Azərbaycan istər-istəməz münaqişəni hərb yolu ilə həll etmək məcburiyyətində qalacaq.