Dalğalar pop qrupunu məhv etdi - 2 ölü, 4 itkin VİDEO

23 Dekabr, 2018 15:59 | Sosial | Baxış sayı: 131

Qrup səhnədə olarkən nəhəng dalğalar dəmir konstruksiyaları aşırıb

İndoneziyada baş verən sunami fəlakəti pop qrupunun konsertini də vurub.

İstiPress-in məlumatına görə, “Seventeen” pop qrupu səhnədə olarkən nəhəng dalğalar dəmir konstruksiyaları aşırıb.

Məlumata görə, hadisə nəticəsində qrupun gitaristi və meneceri dünyasını dəyişib.

Qrupu daha üç üzvü və musiqiçilərdən birinin həyat yoldaşı isə itkin düşüb.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 168-ə, yaralıların sayı isə 745-ə çatıb.