Azərbaycanda "bomba həyəcanı" - iki nazirlik hərəkətə keçdi

23 Dekabr, 2017 15:56 | Sosial | Baxış sayı: 414
FHN
FHN

Dekabrın 22-də saat 15:15-də naməlum şəxs mobil telefonla FHN-in “112” Xidmətinə zəng edib “Cəlilabad rayonunun Qarazəncir kəndində bomba partlayacaq” deyərək əlaqəni kəsib.

İstiPress-in məlumatına görə, bu barədə DİN-in mətbuat xidməti xəbər yayıb.

Məlumat DİN-in “102” Zəng Mərkəzi Xidmətinə ötürülüb.

Dərhal birgə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

Araşdırmalar zamanı zəngin Cəlilabad rayonunun Sabirabad kənd sakini, 10 yaşlı ruhi xəstə tərəfindən edildiyi müəyyən olunub.

Qeyd edək ki, Cəlilabadın Sabirabad və Qarazəncir kəndləri qonşudur.