DTX qeyri-qanuni dini fəaliyyət aşkarladı

23 Noyabr, 2018 18:29 | Sosial | Baxış sayı: 71
DTX antiterror əməliyyatlarını davam etdirir
DTX antiterror əməliyyatlarını davam etdirir

Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə əməliyyat keçirib

Novxanıda qeyri-qanuni dini fəaliyyət aşkarlanıb.

İstiPress-in məlumatına görə, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsi, Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi tərəfindən Sumqayıt şəhəri Novxanı qəsəbəsi bağlar massivi, Çinarlı küçəsi 1886 ünvanında yerləşən vətəndaş Hüseynov Elçin Sovet oğluna məxsus bağ sahəsinə baxış keçirilib.

Nəticədə qeyri-qanuni dini fəaliyyət aşkarlanıb, faktla bağlı inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.