Azərbaycanda 64 yaşlı qadın əkiz anası oldu

23 Oktyabr, 2019 09:30 | Sosial | Baxış sayı: 248
Əkizlər
Əkizlər

Qadının həyat yoldaşının isə 70 yaşı var

Azərbaycanda 64 yaşlı qadın ana oldu. Məlumata görə, adı açıqlanmayan qadın və 70 yaşlı həyat yoldaşının ötən gün əkiz övladları dünyaya gəlib. paytaxtdakı tibb müəssisələrindən birində doğulan körpələrdən biri qız, digəri isə oğlandır. Qız 2150 qram, oğlan isə 1900 qram dünyaya gəlib. 

Cütlük 40 illik övlad həsrətindən sonra valideyn ola biliblər. Hamiləlik süni mayalanma yolu ilə baş tutub və qadın 9 ay həkim nəzarətində olub. 

Qeyd edək ki, dünyada bu yaşda övlad dünyaya gətirən qadınların sayı 7-ə bərabərdir. Bu isə keçmiş sovet məkanında bir ilkdir.