Bu gündən hava soyuyur

23 Oktyabr, 2017 08:50 | Sosial | Baxış sayı: 216
Küləkli hava
Küləkli hava

Leysan, külək artacaq

Bu gün ölkə ərazisində çiskinli hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumtına görə, Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. 

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-18° isti, Bakıda gecə 13-15°, gündüz 16-18° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində əsasən şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı ehtimalı var. 

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 17-22° isti, dağlarda gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.

Oktyabrın 23-ü gündüzdən 24-ü gündüzədək əsasən şimal və şərq rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.