Vurğun Əyyub sağdır?

23 Sentyabr, 2019 10:36 | Sosial | Baxış sayı: 106
Vurğun Əyyub
Vurğun Əyyub

"O yaşamaq eşqi ilə həyat uğrunda mübarizəsini davam etdirir"

“Son günlər durumunu narahatlıqla izlədiyimiz Vurğun Əyyubun səhhəti ağırlaşsa da, o yaşamaq eşqi ilə həyat uğrunda mübarizəsini davam etdirir". Bunu “Azərbaycan Demokratiya və Rifah" Hərəkatının sədri Qubad İbadoğlu V.Eyyubun ölümü ilə bağlı yayılan xəbərləri şərh edərkən bildirib. 

"Bu ağır durumda hər birimizin ictimai məsuliyyəti Vurğun bəyə və ailəsinə mənəvi dəstək olmaqdır”.

O qeyd edib ki, bəzi jurnalistlər bu məsələyə münasibətdə fərqli yol tutur, xəbər yarışına çıxaraq dəqiqləşdirilməmiş məlumatlar yayır, qeyri-səhih informasiyalar dərc edir: “Sizdən xahiş edirəm,, nəzərə alasınız ki, Vurğun bəyin vəfatı ilə bağlı yalan məlumatların dərci onun ailəsinin narahatlığını daha da artırır, ailəyə, yaxınlara və dostlara əlavə mənəvi və fiziki əziyyət verir. Sizin və ictimaiyyətin də Vurğun bəyə olan sevgisini və nigaranlığını nəzərə alıb, əlavə məlumat verəcəyik. Vurğun bəyin dualarınıza ehtiyacı vardır, duanızı əsirgəməyin”.

Qeyd edək ki, 62 yaşlı V. Əyyub ADR Hərəkatının sədrinin I müavinidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, uzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan V. Əyyub komaya düşüb. Ağır xəstəlikdən əziyyət çəkən keçmiş sədrin ötən gün vəiyyəti ağırlaşmışdı.