Nazirlik qriplə bağlı vəziyyəti açıqladı

23 Sentyabr, 2019 16:05 | Sosial | Baxış sayı: 67
Qrip
Qrip

Azərbaycanda virus infeksiyaları artıb?

Səhiyyə Nazirliyi ölkədə respirator virus infeksiyalarına yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hər il olduğu kimi bu il də payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyaları üzərində epidemioloji monitorinq aparılır.

Hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir: "Mövsüm dəyişikliyi ilə əlaqədər tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilir, ancaq yoluxma sayında artım yoxdur".