"Müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik"

23 Sentyabr, 2019 10:27 | Sosial | Baxış sayı: 23
Mehriban Əliyeva
Mehriban Əliyeva

Mehriban Əliyeva IAEA 2019 iştirakçılarına məktub göndərdi

Bu gün Bakıda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransının (IAEA 2019) rəsmi açılış mərasimi keçirilib. Beynəlxalq konfransın Azərbaycanda təşkilatçısı Dövlət İmtahan Mərkəzidir. Builki konfransın işində Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir.

Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın təbrik məktubunu oxuyub.

Birinci xanım bildirib ki, Azərbaycan təhsil sistemində son illərdə bir sıra uğurlar qazanılıb. "Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik. Sistemin fəaliyyəti cəmiyyətimiz və qiymətləndirməni təşkil edən forumlar tərəfindən indi də yüksək dəyərləndirilir.

Ölkəmizdə eyni zamanda beynəlxalq qiymətləndirmənin inkişaf prinsipinlərinə əsaslanaraq lazımi araşdırmalar aparılıb və bu istiqamətdə normativ hüquqi baza təkmilləşdirilib".