Azərbaycanda gənclərin ən çox seçdiyi peşələr SİYAHI

23 Sentyabr, 2019 16:20 | Sosial | Baxış sayı: 169
Tələbələr
Tələbələr

Siyahı qəbul imtahanlarının nəticəsinə uyğun hazırlanıb

Azərbaycanda abituriyentlərin daha çox seçdiyi nüfuzlu ixtisaslar məlum olub. Siyahı Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci sayında dərc edilib. Məlum olub ki, 2018/2019-cu tədris ilində abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”,

II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə (tədris ingilis dilində)”,

III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”,

IV qrupda Azərbaycan Tibb Universitetinin “Müalicə işi”,

V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)” ixtisaslarına üstünlük veriblər.

I, II və V ixtisas qruplarından başqa, digər ixtisas qruplarında rus bölməsi abituriyentlərinin seçimi Azərbaycan bölməsi ilə eyni olub.

I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya texnologiyaları”,

II ixtisas qrupunda Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və otelçilik”,

V ixtisas qrupunda isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dizayn” ixtisasına üstünlük veriblər.