Gənc molla məsciddə qəflətən dünyasını dəyişdi

23 Sentyabr, 2018 12:22 | Sosial | Baxış sayı: 336
Namaz vaxtı
Namaz vaxtı

Cəmi 42 yaşı vardı

Ötən gün axşam saatlarında Salyan rayonunun Şorsulu kəndinin mollası dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, 42 yaşlı kənd sakini Balamməd Oqtay oğlu Ağayevin məsciddə halı qəflətən pisləşdiyindən evlərinə qayıtmaq istəyib. Elə evinin kandarından içəri girərkən də dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, mərhum son vaxtlar ürək çatışmazlığından əziyyət çəkirmiş.