Bakı-Sabunçu-Bakı qatarında dəyişiklik

23 Avqust, 2019 09:29 | Sosial | Baxış sayı: 31
Bakı - Sabunçu qatarı
Bakı - Sabunçu qatarı

Qatar Bakıxanov dayanacağına qədər hərəkət edəcək

Bu ilin avqustun 26-dan sentyabrın 15-ə qədər Sabunçu dəmir yolu stansiyasının ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək.

"Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq.

Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək.